Azərbaycan bu il 4 %-ə yaxın iqtisadi artım proqnozlaşdırır

Bu il Azərbaycan iqtisadiyyatının 3,8 % artması proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bu gün keçirilən iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"O cümlədən neft sektorunda 0,8 %, qeyri-neft sektorunda isə 5 %-dən çox artım gözlənilir", - deyə o qeyd edib.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46