"Azmikroinvest" MMC bank olmayan kredit təşkilatının (BOKT) yeganə təsisçisi İlqar Əhmədzadə payını satıb.
"Report" xəbər verir ki, onun payını Aysel Quliyeva alıb.
Yeni təsisçi kredit təşkilatının nizamnamə kapitalını 24,9 % azaldaraq 1,65 milyon manatdan 1,239 milyon manata endirib.
Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb.