“Pro Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının pay bölgüsü dəyişib.
“Report” xəbər verir ki, BOKT-un səhmlərinin 64,29 %-nə nəzarət edən Məhəbbət Məmmədova payını 12,98 % bəndi artıraraq 77,27 %-ə çatdırıb.
Əvəzində BOKT-un digər səhmdarı Rəna Məmmədovanın payı 35,71 %-dən 22,73 %-ə düşüb.
Xatırladaq ki, “Pro Kredit” BOKT 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,1 milyon manatdır.