"International" ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 3 milyon manat və yaxud 60 % artıraraq 5 milyon manatdan 8 milyon manata çatdırmağı planlaşdırır.
"Report" xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd yeni adi, adlı, sənədsiz səhm buraxılacaq.
Qiymətli kağızları BOKT-un yeganə səhmdarı Rifat Həsənov əldə edəcək. Yerləşdirmə üzrə anderrayter "Azfinance İnvestisiya Şirkəti" QSC-dir.
Xatırladaq ki, “International” 2013-cü ildə yaradılıb.