Azərbaycan Mərkəzi Bankı “Finex Kredit” MMC bank olmayan kredit təşkilatının 3 istiqraz emissiyasını dövlt qeydiyyatına alıb.
"Report" bu barədə BOKT-a istinadən xəbər verir.
Məlumata görə, bunlar nominal dəyəri 500 manat olan 1 867 ədəd, yəni 933 500 manatlıq yeni və restrukturizasiya edilmiş istiqrazlardır. Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 14-17%-dir.