Azərbaycan Beynəlxalq Bankında kadr dəyişikliyi olub

Bakı. 5 iyun. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Strategiya və marketinq Departamentinin direktoru dəyişib.

“Report”un məlumatına görə, indiyə qədər bu vəzifəni tutan Mustafa Məmmədovu Nigar Tahirova əvəz edib.

N.Tahirova bundan əvvəl “Bank of Baku” ASC-nin sahə direktoru olub. 

Digər xəbərlər