"Azərbaycan Beynəlxalq Bankı" səhm emissiyasında dəyişiklik edib

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) iyunun 11-dən abunə yazılışına başlanılmış yeni səhmlərinin emissiya prospektində dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı ABB-nin İdarə Heyəti qərar qəbul edib.

Qərara əsasən, bir vətəndaşın ala biləcəyi səhmlərin maksimum sayı 5,3 dəfə artırılaraq 75 000 ədəddən 400 000 ədədə çatdırılıb, minimum sayı dəyişdirilməyərək 100 ədəd saxlanılıb.

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 27 qəpik olan 322 milyon ədəd adi, adlı, sənədsiz səhmdən gedir. Yerləşdirmə tam baş tutsa, ABB-nin nizamnamə kapitalı 86,94 milyon manat və yaxud 7,1 % artaraq 1 milyard 225,647 milyon manatdan 1 milyard 312,587 milyon manata çatmalıdır.

Digər xəbərlər