Bu il yanvarın 1-nə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 1 777 səhmdarı olub.
“Report” Bankın illik idarəetmə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 0,6 % çoxdur.
ABB-nin səhmdarlarının 1 759-u fiziki şəxslər, 18-i isə hüquqi şəxslərdir. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 0,5 % və 12,5 % çoxdur.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.