Bu il iyulun 1-nə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 29 953 səhmdarı olub.
"Report" Bankın yarım illik idarəetmə hesabatına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 7,1 % azdır.
Yanvar-iyun aylarnda ABB-nin səhmdarı olan fiziki şəxslərin sayı 7,1 % azalaraq 29 921-ə, hüquqi şəxslərin sayı isə 3 % azalaraq 32-yə düşüb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.