Bakı. 11 avqust. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) indi onlayn kredit ödənişlərini istənilən digər bank kartı ilə komissiyasız həyata keçirmək mümkündür.
Bu barədə “Report”a ABB-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, internet səhifəsi üzərindən ödəniş zamanı mədaxil qəbzi müştərinin istəyi ilə onun elektron poçt ünvanına göndərilə bilər.
Müasir dövlət bankı olan ABB-nin digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" sosial şəbəkəsindəki səhifəsindən əldə etmək olar.