Bu il fevralın 1-nə Azərbaycan banklarının xarici öhdəlikləri 1 913,1 mln. manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 4,65% çoxdur.
Son 1 ildə isə bankların xarici öhdəlikləri 15,6% azalıb.