Azərbaycan banklarının xarici öhdəlikləri bu il sentyabrın 1-nə 1 milyard 686,5 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 3,8 % çoxdur.
Bankların xarici öhdəlikləri bu il yanvarın 1-nə nisbətən 58,6 %, ötən ilin sentyabrın 1-i ilə müqayisədə isə 63,2 % artıb.
Azərbaycanda 26 bank fəaliyyət göstərir.