Bu il avqustun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 24 milyard 317,5 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,6 % çox, ilin əvvəlinə nisbətən 3,6 % az, ötən il avqustun 1-i ilə müqayisədə isə 17,8 % çoxdur.
Bu il avqustun 1-nə bankların xalis daxili aktivləri isə 20 milyard 603,2 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,4 % az, ilin əvvəlinə nisbətən 3,8 %, illik müqayisədə isə 0,8 % çoxdur.
Azərbaycanda 22 bank fəaliyyət göstərir.