Bu il yanvarın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 25 milyard 030,8 milyon manat təşkil edib.
Bu barədə “Report” Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən xəbər verir. Bu, aylıq müqayisədə 10,3 % çox, 2022-ci ilin yanvarın 1-i ilə müqayisədə isə 24,1 % çoxdur.
Ötən ilin sonuna bankların xalis daxili aktivləri 17 milyard 794,1 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 6,5 % az, illik müqayisədə isə 22,9 % çoxdur.
Azərbaycanda 25 bank fəaliyyət göstərir.