Bu il yanvarın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 20 milyard 171,2 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 5 %, ötən ilin yanvarın 1-i ilə müqayisədə isə 9,4 % çoxdur.
Ötən il dekabrın sonuna bankların xalis daxili aktivləri 14 milyard 475,4 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 4,8 %, illik müqayisədə isə 34,7 % çoxdur.
Azərbaycanda 26 bank fəaliyyət göstərir.