Bu il yanvarın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 25 milyard 216,5 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 9,5 % çox, 2023-cü il yanvarın 1-i ilə müqayisədə isə 0,7 % çoxdur.
2023-cü il dekabrın sonuna bankların xalis daxili aktivləri 19 milyard 856,9 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,4 % az, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 11,6 % çoxdur.
Azərbaycanda 23 bank fəaliyyət göstərir.