Bu il oktyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 15 839,9 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 5,7% azdır.
Bankların xalis xarici aktivləri ilin əvvəlinə nisbətən 8,3%, son 1 ildə isə 7,9% azalıb.