Bu ilin mayın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 23 milyard 585,9 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən xəbər verir ki, bu, aylıq müqayisədə 9,8 % çox, ilin əvvəlinə nisbətən 5,8 % az, 2022-ci ilin mayın 1-i ilə müqayisədə isə 10,8 % çoxdur.
Bu ilin aprel ayının sonuna bankların xalis daxili aktivləri 17 milyard 591,5 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 10,2 % az, ilin əvvəli ilə müqayisədə 1,1 % az, illik müqayisədə isə 22,6 % çoxdur.
Azərbaycanda 24 bank fəaliyyət göstərir.