Bu ilin aprelin 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 21 milyard 484,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən xəbər verir ki, bu, aylıq müqayisədə 7,8 % az, ilin əvvəlinə nisbətən 14,2 % az, 2022-ci ilin aprelin 1-i ilə müqayisədə isə 1,5 % çoxdur.
Bu ilin mart ayının sonuna bankların xalis daxili aktivləri 19 milyard 593,4 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 6,3 %, ilin əvvəli ilə müqayisədə 10,1%, illik müqayisədə isə 42,6 % çoxdur.
Azərbaycanda 25 bank fəaliyyət göstərir.