Bu il iyunun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 22 milyard 451,6 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 4,8 %, ilin əvvəlinə nisbətən 10,3 % az, ötən ilin iyunun 1-i ilə müqayisədə isə 7 % çoxdur.
Bu il mayın sonuna bankların xalis daxili aktivləri 18 milyard 920,2 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 7,6 %, ilin əvvəlinə nisbətən 6,3 %, illik müqayisədə isə 18,1 % çoxdur.
Azərbaycanda 24 bank fəaliyyət göstərir.