Bu il martın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 24 milyard 679,9 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,5 % çox, ilin əvvəlinə nisbətən 2,1 % az, ötən il martın 1-i ilə müqayisədə isə 5,9 % çoxdur.
Bu il fevralın sonuna bankların xalis daxili aktivləri isə 20 milyard 082,7 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,3 % az, ilin əvvəlinə nisbətən 1,1 % çox, illik müqayisədə isə 8,9 % çoxdur.
Azərbaycanda 23 bank fəaliyyət göstərir.