Bu il noyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 24 milyard 658,7 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 10,7 %, ilin əvvəlinə nisbətən 22,2 %, ötən ilin noyabrın 1-i ilə müqayisədə isə 31,1 % çoxdur.
Bu il oktyabrın sonuna bankların xalis daxili aktivləri 16 milyard 519,5 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 7,6 % az, ilin əvvəlinə nisbətən 14,1 %, illik müqayisədə isə 21 % çoxdur.
Azərbaycanda 25 bank fəaliyyət göstərir.