Ötən il dekabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 23 milyard 021,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,9 % çox, ötən ilin əvvəlinə nisbətən 8 % az, 2022-ci il dekabrın 1-i ilə müqayisədə isə 1,5 % çoxdur.
2023-cü il noyabrın sonuna bankların xalis daxili aktivləri isə 20 milyard 339,9 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,9 % az, ötən ilin əvvəlinə nisbətən 14,3 % çox, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 6,8 % çoxdur.
Azərbaycanda 23 bank fəaliyyət göstərir.