Bu ilin fevralın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 25 milyard 868,1 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən xəbər verir ki, bu, aylıq müqayisədə 3,3 %, 2022-ci ilin fevralın 1-i ilə müqayisədə isə 25,3 % çoxdur.
Bu ilin yanvar ayının sonuna bankların xalis daxili aktivləri 16 milyard 146,8 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 9,3 % az, illik müqayisədə isə 15,3 % çoxdur.
Azərbaycanda 25 bank fəaliyyət göstərir.