Bu il oktyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 22 milyard 267,4 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,5 %, ilin əvvəlinə nisbətən 10,4 %, ötən ilin oktyabrın 1-i ilə müqayisədə isə 19,8 % çoxdur.
Bu il sentyabrın sonuna bankların xalis daxili aktivləri 17 milyard 883 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 5,7 %, ilin əvvəlinə nisbətən 23,5 %, illik müqayisədə isə 31,2 % çoxdur.
Azərbaycanda 25 bank fəaliyyət göstərir.