Ötən il dekabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 22 milyard 692,7 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 8 % az, ötən ilin əvvəlinə nisbətən 12,5 %, 2021-ci ilin dekabrın 1-i ilə müqayisədə isə 18,1 % çoxdur.
Ötən il noyabrın sonuna bankların xalis daxili aktivləri 19 milyard 039,8 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 15,2 %, ötən ilin əvvəlinə nisbətən 31,5 %, illik müqayisədə isə 37,8 % çoxdur.
Azərbaycanda 25 bank fəaliyyət göstərir.