Bu il mayın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 21 milyard 284,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,6 %, ilin əvvəlinə nisbətən 5,5 %, ötən ilin mayın 1-i ilə müqayisədə isə 14,2 % çoxdur.
Bu il aprelin sonuna bankların xalis daxili aktivləri 14 milyard 354 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 4,4 % çox, ilin əvvəlinə nisbətən 0,8 % az, illik müqayisədə isə 29,2 % çoxdur.
Azərbaycanda 26 bank fəaliyyət göstərir.