Bu il mayın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 26 milyard 069,7 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,1 % çox, ilin əvvəlinə nisbətən 3,4 % çox, ötən il mayın 1-i ilə müqayisədə isə 10,5 % çoxdur.
Bu il aprelin sonuna bankların xalis daxili aktivləri isə 19 milyard 207,6 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,5 % az, ilin əvvəlinə nisbətən 3,3 % az, illik müqayisədə isə 9,2 % çoxdur.
Azərbaycanda 23 bank fəaliyyət göstərir.