Bu il fevralın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 20 milyard 644,2 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,3 %, ötən ilin fevralın 1-i ilə müqayisədə isə 10,8 % çoxdur.
Bu il yanvarın sonuna bankların xalis daxili aktivləri 14 milyard 003,4 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 3,3 % az, illik müqayisədə isə 47,7 % çoxdur.
Azərbaycanda 26 bank fəaliyyət göstərir.