Bu il sentyabrın 1-nı Azərbaycanda banklarında 24,196 milyon müştəri hesabı olub.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 19,5% çoxdur.
Müştəri hesablarının 20,584 milyonu cari hesablar, 3,369 milyonu kredit hesabları, 244 mini isə depozit hesablarıdır. Bu isə illik müqayisədə müvafiq olaraq 18,3%, 27,6% və 16,75% çoxdur.