Azərbaycan banklarında ESG standartlarının tətbiqi ilə bağlı güzəştlər konsepsiyası hazırlanacaq

Azərbaycan bank sektorunda ətraf mühit, sosial və idarəetmə (ESG) standartlarının tətbiqi 2026-cı ilə kimi mümkün ola bilər.

Bunu "Report"a açıqlamasında İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaləqləndirmə Şurasının katibi Hüseyn Hüseynov deyib.

H.Hüseynov Azərbaycanda ESG standartlarının tətbiqi ilə bağlı prosesin yeni olduğunu qeyd edib: "Bank sektoru tamamilə ESG standartlarının tətbiqinə hazır vəziyyətə gəlməlidir ki, bu istiqamətdə hansı güzəştlərin tətbiq ediləcəyi ilə bağlı konsepsiya hazırlansın".

O qeyd edib ki, beynəlxalq təcrübədə ESG praktikasını tətbiq edən fondlara daxilolmalar 2018-ci ildə 5 milyard ABŞ dolları idisə, 2022-ci ildə artıq bu göstərici 70 milyard ABŞ dollaradək artıb:

"Bu, qlobal şirkətlərə 2022-ci ilin ilk rübünə əsasən 25-30 milyard ABŞ dolları arası xalis mənfəətin qazanmasına xidmət edir. Bu rəqəmlər kifayət qədər stimullaşdırıcıdırr. Əsas məqsədimiz Azərbaycanın bank sektorunda ESG standartlarının tətbiqinin stimullaşdırılması, ətraf mühitin mühafizəsi sahəsində dost texnologiyalarından istifadə edən şirkətlərin daha güzəştli şərtlərlə kredit resurslarına çıxış imkanlarını artırmaqdır".

Digər xəbərlər