Bu il avqustun 1-nə Azərbaycan banklarına xarici valyuta ilə depozit qoyuluşu 9 milyard 666,4 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 9,7 % çoxdur.
Banklara xarici valyuta ilə depozit qoyuluşu ilin əvvəlinə nisbətən 8,8 %, ötən il avqustun 1-i ilə müqayisədə isə 10 % artıb.