Azərbaycan banklarına qoyulan depozitlərin həcmi bu il yanvarın 1-nə 36 milyard 249,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,2 % çox, 2022-ci ilin yanvarın 1-nə nisbətən isə 24,9 % çoxdur.
Bunun 60,8 %-i, yaxud 22 milyard 025 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 23,1 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 27,1 % artaraq 11,743 milyard manata, maliyyə təşkilatlarının depozitləri isə 31,1 % artaraq 2 milyard 481,8 milyon manata çatıb.
Ötən ilin sonuna cəmi depozitlərin 25,526 milyard manatı (il ərzində 29,4 % artıb) qısamüddətli, 10,724 milyard manatı (15,3 % artıb) isə uzunmüddətli əmnətlər təşkil edib.
Ölkədə 25 bank fəaliyyət göstərir.