Azərbaycan banklarına qoyulan depozitlər bu il sentyabrın 1-nə 32 milyard 836,1 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,7 %, yanvarın 1-i ilə müqayisədə 13,1 %, 2021-ci ilin sentyabrın 1-nə nisbətən isə 32,4 % çoxdur.
Bunun 60,2 %-i, yaxud 19 milyard 770,8 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 36,6 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 26,9 % artaraq 10 milyard 858,4 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 25,5 % artaraq 2 milyard 206,9 milyon manata çatıb.
Ölkədə 26 bank fəaliyyət göstərir.