Azərbaycan banklarına qoyulan depozitlərin həcmi bu il oktyabrın 1-nə 33 milyard 957 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 12,1 %, yanvarın 1-i ilə müqayisədə 17 %, 2021-ci ilin oktyabrın 1-nə nisbətən isə 32,1 % çoxdur.
Bunun 59,9 %-i, yaxud 20 milyard 330,1 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 34,9 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 27 % artaraq 11 milyard 225,7 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 34 % artaraq 2 milyard 401,1 milyon manata çatıb.
Ölkədə 25 bank fəaliyyət göstərir.