Azərbaycan banklarına qoyulan depozitlər bu il fevralın 1-nə 29 milyard 017 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 0,04 % az, 2021-ci ilin fevralın 1-nə nisbətən isə 25,1 % çoxdur.
Bunun 60,3 %-i, yaxud 17 milyard 487,2 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 33 % çoxdur.
Hesabat dövrünə ev təsərrüfatlarının əmanətləri 17,5 % artaraq 9 milyard 635,8 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 3,3 % artaraq 1 milyard 894 milyon manata düşüb.
Ölkədə 26 bank fəaliyyət göstərir.