Azərbaycan banklarına qoyulan depozitlər bu il martın 1-nə 29 milyard 170,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,5 %, yanvarın 1-i ilə müqayisədə 0,5 %, 2021-ci ilin martın 1-nə nisbətən isə 24,2 % çoxdur.
Bunun 58,6 %-i, yaxud 17 milyard 094,8 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 28 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 19,8 % artaraq 10 milyard 036,7 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 16,3 % artaraq 2 milyard 039,4 milyon manata çatıb.
Ölkədə 26 bank fəaliyyət göstərir.