Azərbaycan banklarına qoyulan depozitlər bu il yanvarın 1-nə 29 milyard 027,7 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, dekabrın 1-i ilə müqayisədə 8,3 %, 2021-ci ilin yanvarın 1-nə nisbətən isə 22,7 % çoxdur.
Bunun 61,6 %-i, yaxud 17 milyard 893,6 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 31,5 % çoxdur.
Hesabat dövrünə ev təsərrüfatlarının əmanətləri 13 % artaraq 9 milyard 241,5 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 0,4 % artaraq 1 milyard 892,7 milyon manata düşüb.
Ölkədə 26 bank fəaliyyət göstərir.