Azərbaycan banklarına qoyulan depozitlər bu il dekabrın 1-nə 26 milyard 790,9 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 2,6 % çoxdur.
Bu, 2021-ci ilin yanvarın 1-nə nisbətən 13,2 % çox, ötən ilin dekabrın 1-i ilə müqayisədə isə 20,1 % çoxdur.
Bunun 59,4 %-i, yaxud 15 milyard 918,1 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 27,7 % çoxdur.
Hesabat dövrünə ev təsərrüfatlarının əmanətləri 14,5 % artaraq 9 milyard 051,7 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 5,6 % azalaraq 1 milyard 821 milyon manata düşüb.
Ölkədə 26 bank fəaliyyət göstərir.