Bakı. 5 mart. REPORT.AZ/ Bu il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bankomatların sayı 2 439 olub.
"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, bu il yanvarın 1-i ilə müqayisədə 8 ədəd çoxdur.
İllik müqayisədə isə bankomatların sayı 29 ədəd azalıb.