Azərbaycan bankları “The Bank of New York Mellon” ilə müxbir münasibətləri qura bilər

"Azərbaycan Banklar Assosiasiyası"nın (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev “The Bank of New York Mellon”un nümayəndəsi Cihat Takunyaci ilə görüşüb.

"Report" bu barədə ABA-ya istinadən xəbər verir.

Məlumata görə, görüş zamanı müxbir münasibətlərin qurulması, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Digər xəbərlər