Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanda bankomatların sayı aylıq müqayisədə 11 ədəd və ya 0,5% artaraq 2018-ci il oktyabrın 1-nə 2 479 ədədə çatıb.
“Report”bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bu göstərici ilin əvvəli ilə müqayisədə 48 ədəd və ya 2% çox, ötən ilin eyni dövrü ilə müqayisədə 7 ədəd və ya 0,3% azdır.
2018-ci il oktyabrın 1-nə əsasən mövcud bankomatların 1 333 ədədi və ya 53,8%-i Bakıda, 1 146 ədədi və ya 46,2%-i regionlarda quraşdırılıb.