Azərbaycan bankları mayda daha 159 nəfəri işə götürüb

Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycanda bank işçilərinin sayı bu il iyunun 1-nə 16 662 nəfər təşkil edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 159 nəfər və yaxud 1% çoxdur.

İlin əvvəlinə nisbətən sektorun işçi heyətinin sayı 491 nəfər və yaxud 3%, son 1 ildə isə 628 nəfər və yaxud 3,9% artıb. 

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46