Azərbaycan bankları daha 44 nəfəri işə götürüb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanda bank işçilərinin sayı avqust ayı ərzində 44 nəfər artaraq bu il sentyabrın 1-nə 16 167 nəfərə çatıb.

“Report” bu barədə Maliyyə Bazarlarına Nəzarət Paltasına istinadən xəbər verir.

Hesabat tarixinə ölkədə 2 495 ədəd bankomat, 142 ədəd bank şöbəsi və 560 ədəd bank filialı fəaliyyət göstərib. Beləliklə, aylıq müqayisədə bankomatların sayı 10 ədəd azalıb, şöbələrin sayı 1 ədəd artıb, filialların sayı isə dəyişməyib. 

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46