"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) "Bakı Fond Birjası" QSC-də ticarət olunan səhmlərinin qiyməti 30 qəpiyə çatıb ki, bu da qiymətli kağızlarının nominal dəyərindən 11,1 % çoxdur.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Bahalaşmaya dividend ödənişlərinin yaxınlaşması səbəb ola bilər. Ötən il ABB-nin səhmlərinin gəlirliliyi 15,1 % təşkil edib.