İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Smart Finans Leasing” MMC-ni dövlət qeydiyyatına alıb.
"Report" xəbər verir ki, yeni kredit təşkilatı “Muğan Bank” ASC-nin "Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 20 manat, qanuni təmilçisi isə Elmin Pərviz oğlu Əhmədovdur.
Xatırladaq ki, sözügedən ünvanda "Muğan Bank"a yaxın sayılan "MFX-Trading İnvestisiya Şirkəti" ASC və "SF Azerbaijan" MMC bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyət göstərir.