Azərbaycan bankı səhmdarlarına dividend ödəyəcək

İyulun 28-də, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Ağaoğlu küçəsi, 61 ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə 2024-cü maliyyə ilinin yekunlarına əsasən "Kapital Bank"ın səhmdarlarına dividend ödənilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23