Azərbaycan bankı səhmdarlarına 200 milyon manat dividend ödəməyə qərar verib

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) 2024-cü ilin maliyyə nəticələri əsasında səhmdarlarına 200 milyon manat dividend ödəməyə qərar verib.

"Report" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov rəhbərlik etdiyi qurumun Dayanıqlı İnkişaf Hesabatına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bununla bağlı qərar ABB-nin səhmdarlarının ötən gün keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib.

"Səhmdarlar səsvermədə elektron qaydada iştirak edib. ABB artıq 7-ci ildir ki, səhmdarlarına dividend ödəyir. Builki dividend son 7 ilin rekord göstəricisidir. Beləliklə ABB-nin hər səhminin gəlirliliyi 15,6 %-ə yüksəlib. Hazırda Bankın 35 mindən çox səhmdarı var", - deyə sədr qeyd edib.

Onun sözlərinə görə, artıq dividend ödənişi ilə bağlı prosedurlara başlanılıb: "Çalışacağıq ki, proses qanunvericiliklə nəzərdə tutulan 1 aylıq müddəti keçməsin. Dividend ödənişi Milli Depozit Mərkəzi vasitəsi ilə həyata keçiriləcək". 

Digər xəbərlər