Bu gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
"Report" bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, yığıncaqda ABB-nin kənar auditorunun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyə etdiyi 2022-ci il üzrə maliyyə hesabatı təsdiqlənib.
Ötən ilin maliyyə nəticələrinə əsasən, Bankın səhmdarlarına 156,6 milyon manat dividend ödənilməsinə qərar verilib.