"Günay Sığorta" ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.
"Report" xəbər verir ki, bu şirkətin nizamnamə kapitalının 1,6 milyon manat və yaxud 16,4 % artırılaraq 9,5 milyon manatdan 11,1 milyon manata çatdırılmasından sonra baş verib.
"Günay Sığorta"nın kapital artımı üçün dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 1 000 manat olan 1 600 ədəd yeni səhmi "Günay Bank" ASC əldə edib və şirkətdəki payını 8,4 %-dən 21,6 %-ə çatdırıb. Əvəzində "Günay Sığorta"nın digər 2 səhmdarının payı azalıb. Belə ki, Yeganə Şirovanın payı 58,3 %-dən 49,9 %-ə, Mahmud Məmmədovun payı isə 33,3 %-dən 28,5 %-ə düşüb.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb.